14 C
Baku
Sunday, November 24, 2024

“Twitter” İlon Maskı məhkəməyə verib

Sosial şəbəkə “Twitter“ milyarder İlon Maskı “verdiyi sözə” görə məhkəməyə verib.

Banker.az xəbər verir ki, bu barədə “The New York Times“ məlumat yayıb.

Nəşrin məlumatına görə, şirkət Maskı sosial şəbəkəni almaq üçün sövdələşməni tamamlamağa məcbur etmək niyyətindədir.

Bildirilir ki, iddia Delaver məhkəməsinə verilib.

Xatırladaq ki, İlon Mask “Twitter“ sosial şəbəkəsini 44 milyard dollara almalı idi.

Daha sonra SpaceX və Tesla şirkətlərinin yaradıcısı sosial şəbəkədə saxta hesabların sayı ilə bağlı “Twitter”i almaqdan imtina edib.

Son xəbərlər
Digər xəbərlər