10 C
Baku
Thursday, December 12, 2024

Twitter-in yeni sahibi İlon Mask Apple ilə “müharibəyə” başlayır

BANKER.AZ — “Twitter”in yeni sahibi İlon Mask (Elon Musk) bazar ertəsi bir sıra tvitlərində iddia etdi ki, “Apple” tətbiqin nəzərdən keçirilməsi prosesinin bir hissəsi olaraq “Twitter” tətbiqini “App Store”dan silməklə hədələyib. Qeyd edək ki, brendlər hər ikisi NASDAQ texnoloji fond indeksində yer alır.

“Apple” həmçinin “Twitter”i “App Store”dan çıxarmaqla hədələyib, lakin bunun səbəbini bizə deməyəcək” – deyə, Musk tvitində yazıb.

Bazar ertəsi səhər saatlarında atılan digər tvitlərində o, “Apple”ın “App Store” rüsumlarını “gizli 30% vergi” adlandırdı və “Apple-ın müştərilərinə təsir edən bütün senzura hərəkətlərini dərc etməli olduğunu” soruşan sorğu keçirib. O, həmçinin “Apple”ın reklamlarının çoxunu “Twitter”də dayandırdığını bildirir.

İlon Mask keçirdiyi “Apple” müştərilərinə təsir edən bütün senzura hərəkətlərini dərc etməlidir” sorğusuna 85% “HƏ” cavabı verib.

Şirkətin “App Store” proqram təminatını “iPhone”lara çıxışın yeganə yoludur. “Twitter” proqramı ləğv edilərsə, xidmət internet üçün əlçatan olsa da, sosial şəbəkə əsas distruutor platformalarından birini itirməli olacaq.

Bundan əlavə, Apple “iPhone” proqram istehsalçılarından tətbiqləri vasitəsilə satılan istənilən rəqəmsal malların 15%-dən 30%-ə qədərini ödəməyi tələb edir. Mask “Twitter” üçün planlarından birinin “iPhone” tətbiqi vasitəsilə təklif olunan “Twitter Blue” kimi abunələrdən milyardlarla dollar toplamaq olduğunu bildirib. Əslində əgər şirkət, Maskın məqsədlərinə çatsaydı, “Apple” bu prosesdə yüz milyonlarla dollar toplayar.

“Apple”, “Spotify” və “Epic Games” kimi şirkətlərin “App Store” rüsumları və siyasətləri ilə bağlı çətinliklərlə üzləşib, lakin Mask dünya miqyasında diqqəti cəlb etmək üçün yad deyil və “Apple”ın indiyə qədər “iPhone” proqramlarının distributor nəzarəti ilə bağlı ən böyük problemi ola bilər.

“Apple”, Maskın tvitləri ilə bağlı şərh verməkdən imtina etdi.

Lakin “Apple”ın sosial şəbəkənin hər hansı “App Store” siyasətini pozub-pozmadığını öyrənmək üçün onu yaxından izlədiyinə dair əlamətlər görünməkdədir.

Nüfuzli “New York Times” qəzetinin yazdığına görə, “Apple”ın “App Store” və “Android” cihazları üçün “Google Play”in daxil olduğu adı açıqlanmayan proqram mağazalarının nümayəndələri bu ayın əvvəlində Maskın vəzifəyə keçməsindən və saytda “nifrət nitqi dalğası” gördükdən sonra “Twitter”ə müraciət ediblər.

Mask vəzifəyə gəldikdən sonra “App Review”a nəzarət edən “Apple”ın keçmiş əməkdaşı Fil Şiller bu ayın əvvəlində “Twitter” hesabını silib.

“Apple”ın tətbiqlərin nəzərdən keçirilməsinin keçmiş rəhbəri və Identity.com-un hazırkı baş direktoru Flip Şoumeker, illerin hesabını silmək üçün atdığı addımın ona “müharibəyə hazırlaşmaq” üçün hərəkət edən bir xatırlatma olduğu qeyd edib. Şoumekerə görə, “Apple”ın son hərəkətləri “hücum etməzdən əvvəl bir ölkədən qoşun çıxardığınız zaman kimidir”.

Ötən gün Maskın tvitləri Apple-nin səhmlərinə də təsirsiz ötüşmədi. Onun səhmlərinin qiyməti birja açılandan $3.89, yaxud 2.63% ucuzlaşaraq $144.22 səviyyəsinə qədər düşüb.

Son xəbərlər
Digər xəbərlər