24 C
Baku
Thursday, April 18, 2024

“Twitter” və “Microsoft” tərəfindən iş təklifi alsa da, “Google”da qalmağı üstün tutdu

“Google” şirkətinin CEO-su Sundar Pichai 12 iyul 1973-cü ildə Hindistanın Madurai şəhərində kasıb ailədə dünyaya göz açıb. O, iki otaqlı, şəraitsiz evdə böyüyüb. Atası elektirik, anası isə stenoqraf işləyib.
 
Zavodda elektirik işləyən atası onda texnologiyaya olan marağı artırırdı. Elə buna görə də Hindistan Texnologiya Universitetinin Metallurgiya mühəndisliyi ixtisasına yiyələndi. 

5cdc1 1557988310

Pichai oxuduğu vaxtda dövrünün ən bacarıqlı gənclərindən biri kimi tanınırdı. O, öz üzərində bir qədər də işləyərək Stanford Univesitetindən magistr üçün burs qazanır. Amma atasının Pichaini ABŞ-a göndərmək üçün kifayət qədər pulu yox idi. Atası əvvəlcə kredit almağa cəhd edir. Lakin mümkün olmur. Nəhayət, Regunatha Pichai borc-xərclə topladığı pulla Sundarı 1993-cü ildə ABŞ-a göndərməyi bacarır. 

5cdc1 6231953240

Pichai Stanford Universitetini bitirə bilmir. Amma Pensilvaniya Univesitetindən MBA dərəcəsi alır. Universiteti bitirdikdən sonra 2002-ci ildə Applied Materials və McKinsey&Company şirkətlərində işləməyə başlayır. 2004-cü ildə isə “Google” şirkətində fəaliyyətini davam etdirir. Əvvəllər “Google” axtarış sistemi üzərində işləyir. “Google Chrome”un müəllifi olan Pichai bu ideyanı irəli sürərkən heç kim onu ciddiyə almırdı. Daha doğrusu, bazarda dominant mövqeyə sahib “İnternet Explorer” ve “Mozilla Firefox”la rəqabətdə yeni brauzerin uğur əldə edəcəyini düşünə bilmirdilər. Ancaq hər şey tərsinə oldu, “Google Chrome” qısa zamanda hər iki brauzeri geridə qoyaraq zivəyə qalxmağı bacardı. 

5cdc1 3115976620

Sundar Pichai 2010-da “Chrome OS” və “Chromebook”-un təqdimatını etdiyi zaman 38 yaşında idi. Diqqət mərkəzinə çevrilən Pichai az sonra Android qrupuna rəhbər təyin edildi. 2011-ci ildə “Twitter” və “Microsoft” tərəfindən iş təklifi alsa da, o, “Google”-da qalmağı üstün tutdu. 

Pichai hazırda populyar olan “Gmail”, “Google Drive”, “Google Maps” kimi layihələrdə də çalışaraq, hansı bacarığa malik olduğunu bütün dünyaya nümayiş etdirir. Təbii ki, bu qədər uğur əldə edən birinə 10 avqust 2015-ci ildə lazımı dəyər verildi və “Google”nin CEO-su təyin edildi. 

Beləliklə, Hindistanda kasıb bir ailədə yaşayan Pichai 43 ildə sonra dəyəri 110 milyard dollardan artıq olan “Google”da CEO olmağı bacardı. O, artıq bütün dünyada məşhurdur.

728xa 7789941550
©Azvision.az
Son xəbərlər
Digər xəbərlər