13 C
Baku
Saturday, April 27, 2024

“Uber Eats” “Postmates” xidməti ilə birləşir

“NY Times” və “Bloomberg”in verdiyi məlumata görə, “Uber” şirkəti “Postmates” çatdırılma xidmətini 2,65 milyard dollara alır. Banker.az xəbər verir ki,  bu müqavilə xüsusilə “Uber” üçün sərfəli olacaq, çünki “Postmates” xidməti Los-Anceles və ABŞ-ın cənub-qərbində olduqca populyardır.
“Bloomberg”in göstərdiyi kimi, “Uber Eats” və “Postmates” xidmətlərinə Pyer-Dmitriy Qor-Kosti rəhbərlik edəcək.
Xatırladaq ki, “Postmates” qidanın çatdırlması ilə məşğuldur və 2011-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda, amerikan bazarında “DoorDash”, “GubHub” və “Uber”dən sonra dördüncü yerdədir.
download 1
Birləşmədən sonra “Uber Eats” və “Postmates” xidmətlərinin bazarda ikinci yerə çıxması gözlənilir. Bildirildiyi kimi, “Uber” və “Postmates” mənfi gəlirli şirkətlərdir. Məsələn, 2020-ci ilin birinci rübündə “Uber” 2,9 milyard dollar itib və bu əsasən Covid-19 pandemiyası ilə əlaqəli olub.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər