2 C
Baku
Saturday, December 14, 2024

“Uber” London məhkəməsində uduzub – Sürücüləri işçi kimi nəzərə alıb minimum əmək haqqı verməlidir

“Uber” sürücülərin hüquqları işi ilə bağlı London məhkəməsində uduzub. “Bloomberg”in verdiyi məlumata görə, məhkəmə sürücüləri tamhüquqlu işçi kimi tanıyıb. Bu o deməkdir ki, “Uber”lə işləyən sürücülər minimum əmək haqqı, məzuniyyət və digər ödənişlər ala biləcəklər.

Xatırladaq ki, “Uber” sürücülərinin iddiası 2016-cı ildə qaldırılıb. Bir neçə apelyasiyadan sonra şirkət İngiltərənin Ali Məhkəməsinə müraciət göndərib. Qeyd edildiyi kimi, “Uber” sürücülərlə münasibətdə yalnız vasitəçi rolunu oynadığını israr edib.

İngiltərənin Ali Məhkəməsi “Uber”in lehinə qərar verib və bunla bağlı aşağıdakı arqumentlər irəli sürüb:

– “Uber” tarifləri özü təyin edir – sürücülərin nə qədər qazana biləcəyini diktə edir.

– Şirkət müqavilə şərtlərini özü tərtib edib və sürücülərin onu dəyişdirməyə hüququ yoxdur.

– Xidmət sifariş sayını məhdudlaşdırır və sifarişlərdən tez-tez imtina edən sürücüləri cəzalandırır.

– “Uber” sürücünü reytinq vasitəsilə izləyir və təkrarlanan xəbərdarlıqlardan sonra əməkdaşlığı sona çatdırır.

Bundan əlavə, məhkəmə sürücülərin “tətbiqə daxil olduqları və sifarişləri qəbul etməyə başladıqları” andan etibarən işçi kimi qəbul ediləcəyini açıqlayıb. Qeyd edək ki, “Uber” sürücülərini məhkəmədə “Leigh Day” vəkili Nigel McKay təmsil edib. Hüquq şirkəti adambaşına orta hesabla 12 min funt sterlinq ödənilməsini tələbini irəli sürüb.

“Uber” məhkəmə qərarının yalnız sürücülərin bir qisminə, yəni ilk iddia iştirakçılarına şamil edildiyini bildirib. Şirkət açıqlamasında o vaxtdan bəri iş prinsiplərini ciddi şəkildə dəyişdirdiyini və sürücülərin fikirlərini nəzərə almağa başladığını vurğulayıb.

“Bu qərar “Uber”in iş modelinin təməlinə zərbə endirir. Bir biznes olaraq məhkəmə qərarının nəticələrini diqqətlə nəzərdən keçirməliyik”, – deyə sürücülərin maraqlarını təmsil edən vəkil Pol Jennings söyləyib. London – “Uber” üçün Avropanın ən böyük və ən gəlirli bazarlarından biridir. Xidmətdə təxminən 45 min sürücü qeydiyyatdan keçib, istifadəçi sayı isə 3.5 milyon nəfərə çatır.

Xatırladaq ki, “Uber”in Böyük Britaniyada daha əvvəl də müəyyən problemləri olub: 2017-ci ildə şirkət daşımaların təhlükəsizliyi ilə bağlı problemlər səbəbindən lisenziyadan məhrum edilib. 2018-ci ildə lisenziya geri qaytarılıb, 2019-cu ildə isə yenidən ləğv edilib. Londonda “Uber” hələ 2020-ci ilin sentyabrında işləməyə başlayıb.

“Uber” sürücüləri digər ölkələrdə də “işçi” statusu uğrunda mübarizə aparırlar. Məsələn, Kaliforniyada bununla bağlı məhkəmə işinə başlanılıb.

Son xəbərlər
Digər xəbərlər