Mobil cihazların qorunması üzrə qlobal lider olan Appthority bildirib ki, taksi sifarişi üzrə xidmət təklif edən Uber şirkətinin tətbiqetməsi şəxsi və korporativ məlumatları təhlükə altına atır.
Banker.az saytının verdiyi məlumata görə, Appthority şirkətinin bəyanatına əsasən, Uber tətbiqetməsinin istifadəçinin yerləşdiyi məkanı izləmək imkanı verməsi və şəxsilik siyasəti onun istifadəçilərini kiber hücumlar qarşısında aciz edir.
Bununla belə, Uber for Business tətbiqetməsi top-menecerlərin, orta halqaya məxsus menecerlərin, proqram və layihə yaradıcılarının və şirkətin digər açar mövqeli şəxslərinin olduqları yer və görüşdükləri məkan haqqında məlumatları təqdim edir.
Appthority hesabatına əsasən, Uber tətbiqetməsinin ən yeni versiyaları https təhlükəsiz bağlantıdan istifadəyə tam olaraq qoşulmayıb və şifrələnməmiş məlumatlardan istifadə edir.






