9 C
Baku
Thursday, December 12, 2024

“Uber”in xalis zərəri ötən il 6,8 mlrd. dollar olub

“Uber Technologies, Inc.” texnologiya şirkətinin səhmdarlarının payına düşən xalis zərəri 2020-ci ildə 6,768 mlrd. ABŞ dolları təşkil edib.

2019-cu ildə “Uber”in xalis zərəri 20% daha çox – 8,506 mlrd. dollara bərabər olub. 2020-ci il ərzində texnologiya şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 11,139 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 14% azdır. “Uber”in təklif etdiyi taksi və digər növ sərnişindaşıma xidmətləri, ərzaq çatdırılması (“Uber Eats”), paket çatdırılması, kuryerlərlə yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri ötən il 57,897 mlrd. dollara bərabər olub ki, bu da 2019-cu il ilə müqayisədə 11% azdır. Təkcə avtomobillərlə icra olunan daşımaların dəyəri 5,025 mlrd. dollar olub ki, bu da illik müqayisədə 27% azdır.

Qeyd edək ki, ötən ilin IV rübündə “Uber”in xalis zərəri 968 mln. dollara bərabər olub, bu da illik müqayisədə 12% azdır. Sözügedən dövrdə şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 3,165 mlrd dollar (illik 16% azalma), təklif etdiyi taksi xidmətləri və digər növ sərnişin daşıma, ərzaq çatdırılması (“Uber Eats”), paket çatdırılması, kuryerlər ilə yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri 17,152 mlrd. dollar (illik 5% azalma), təkcə taksi və avtomobillər ilə icra olunan daşımaların dəyəri isə 1,443 mlrd. dollar (illik 24% azalma) təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər