Cümə axşamı dərc olunan analitik qeyddə UBS analitikləri bildiriblər ki, qızılın son artımına səbəb olan makroiqtisadi amillər — ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltması, geosiyasi qeyri-müəyyənlik və ABŞ siyasətindəki dəyişikliklər — gələn il də yüksək tələbi dəstəkləyəcək.
ABŞ-nin fiskal perspektivlərinin pisləşməsi mərkəzi banklar və investorlar tərəfindən qızıl alışını artıracaq, çünki bu aktivin qarşı tərəf (counterparty) riski yoxdur, — deyə UBS analitikləri bildiriblər. Bank həmçinin 2026-cı ildə birja fondları (ETF) tərəfindən yüksək tələbin davam edəcəyini əlavə ediblər.
Onların pozitiv ssenarisinə görə, qızılın unsiya qiyməti 4900 dollara çata bilər — bu, əvvəlki proqnozdan 200 dollar, hazırkı səviyyələrdən isə təxminən 20% çoxdur. Mənfi ssenari isə dəyişməz qalıb — bir unsiya üçün 3700 dollar. UBS 2026-cı il ərəfəsində qızılı investisiya baxımından cəlbedici aktiv kimi görməyə davam etsə də, bir neçə risk faktoruna da işarə edib. Bunlara FED-in siyasətinin sərtləşməsi və mərkəzi bankların qızıl satışı riski daxildir.
UBS proqnozu yaxşılaşdırıb, baxmayaraq ki, qızıl bir ay əvvəl təxminən 4381 dollarlıq tarixi maksimumdan sonra konsolidasiya fazasına daxil olub. O vaxtdan bəri qızıl əsasən 4000–4100 dollar diapazonunda ticarət olunub, yalnız noyabrın ortalarında qısa müddətlik olaraq 4200 dollara qədər yüksəlib.
Bu il olduğu kimi, UBS 2026-cı ilin sonunda, ABŞ-də aralıq seçkilər başa çatdıqdan sonra, qızılın yenidən təxminən 4300 dollar civarında konsolidasiya olunacağını gözləyir.








