Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, ölkə Fransa və Böyük Britaniya ilə birlikdə Qəzza zolağına humanitar yardım daşıyan gəmi göndərmək niyyətindədir.
Bu barədə Financial Times məlumat verib.
KİV-in məlumatına görə, bu təşəbbüs Fransa və Hollandiya liderləri Emmanuel Makron və Mark Ruttenin İsrailə səfəri zamanı müzakirə edilib .
“Dəniz, əlbəttə ki, imkanlardan biridir. Biz bilirik ki, fransızlar artıq öz gəmilərini tibbi yardımla göndəriblər”, – mesajda deyilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, Misir və ABŞ Qəzza zolağına humanitar yardımı genişləndirəcək.