7 C
Baku
Thursday, December 12, 2024

“Üç imperatorun əsgəri” kim olub?

Vasiliy Nikolayeviç Koçetkov (1785–1892) – “üç imperatorun əsgəri” ləqəbi ilə məşhurdur. O 107 il ömür sürüb və bu illərin 60-dan çoxunu o həqiqi hərbi xidmətdə keçirib. Belə çıxır ki, o Rusiya ordusu tarixində ən çox xidmət etmiş bir əsgərdir.

Koçetkov Simbir quberniyasının Spasskoe kəndində anadan olmuşdu. O kantonistlərdən (əsgər oğlu) idi. Kantonistlər doğulduğu gündən hərbi şuranın siyahısında yer alırlar. Koçetkov 7 mart 1811-ci ildə ilk dəfə olaraq hərbi xidmətinə başlayır. O 1812-ci ildə Vəətn müharibəsinin bütün döyüşlərində iştirak edib. Daha sonradan qvardiya dəstəsinin tərkibində Türkiyə ilə olan döyüşlərdə (1828-1829) iştirak edib. 1836-cı ildə 25 yaşı tamam olur və bununla hərbi xidməti başa çatsada o, ordunu tərk etmir. Bundan 7 il sonra draqun alayının tərkibində Qafqaz dağlıları ilə olan döyüşdə iştirak edir. Bu zaman o hər iki ayağından və boynundan yaralanaraq əsir düşür. Onun yaraları sağaldıqda əsirlikdən qaçmağı bacarır. Koçetkovun 64 yaşı olduqda leytenant rütbəsi almaq üçün imtahan versə də, daha sonradan bu rütbədən imtina edir. Buna səbəb isə özünü bu rütbə üçün kifayət qədər yaşlı hesab etməsi olur. O çarın şəxsi fərmanı ilə, baş leytenantın aldığı əmək haqqının üçdə iki hissəsini alırdı. Nəhayət, 40 illik hərbi qulluqdan sonra o istefaya gedir. Lakin cəmi 3 ildən sonra Sevastopol şəhərini öz düşmənlərindən təmizləməyə yollanır. Kornilovsk qalasında o qəlpə yarası alır.

Bu hadisədən 10 il keçdikdən sonra Koçetkov yenidən müharibəyə yollanmaq üçün “razılıq” alır. Bu dəfə o Kokand, Xivə və Buxara xanlıqlarının əleyhinə vuruşur. Bundan əlavə, Türkistanın atlı briqada dəstəsinin tərkibində vuruşurdu. Bu zaman onun artıq 78 yaşı var idi. Xidmətə ara vermədən, 90 yaşında rus könüllü dəstəsinin tərkibində Çernoqoriya ilə birgə Türkiyəyə qarşı mübarizə aparan Serbiyaya yollanır. Bir ildən sonra isə Bolqarıstanın azad edilməsi uğrunda gedən döyüşlərdə (1877-1878) iştirak edir. Döyüşlər zamanı Türk ordusundan atılan mərmi 93 yaşlı Koçetkovun sol ayağını qoparır. Aldığı bu yaradan sonra belə o sağ qalır və 107 yaşına qədər qvardiyanın atlı artilleriya briqadasında xidmət edir. O 30 may 1892-ci ildə Novqorod quberniyasına gəlmək ərəfəsində ürək çatışmazlığından dünyasını dəyişir. Məşhur rəssam Petr Borel onun fotoşəkili əsasənda qravür yaradır. Şəkil Koçetkovun ölümündən 11 gün əvvəl çəkilmişdir.

Son xəbərlər
Digər xəbərlər