3 C
Baku
Saturday, December 14, 2024

Üç ölkə Mərkəzi Asiyanın elektrik enerjisi ixracını müzakirə etdilər

“Orta Asiya ölkələrinin elektrik enerjisi və bərpa olunan enerji ixracını nəzərdən keçirmək üçün üçtərəfli iclası keçirilib”

Bu barədə Tahlil Bazaar saytı məlumat yayıb:

“Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə görüşdə Mərkəzi Asiya regionundan elektrik enerjisinin ixracı ilə bağlı potensialları müzakirə ediblər.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, görüşdə adıçəkilən üç ölkənin energetika və iqtisadiyyat nazirləri iştirak edib və elektrik enerjisinin ixracı ilə yanaşı, enerji iqtisadiyyatı ilə bağlı digər məsələləri də müzakirə ediblər.

Onun sözlərinə görə, danışıqlarda əsas diqqət bərpa olunan enerji məsələsi və onların bölgədə  gücləndirilməsi zərurəti, eləcə də Mərkəzi Asiya regionundan kənara elektrik enerjisinin ixracı üçün yeni imkanların aşkarlanmasına yönəlib.

Bu üçtərəfli görüşün təfərrüatları hələ açıqlanmayıb. Bununla belə, Mərkəzi Asiya regionu ölkələri, xüsusən də Türkmənistan və Azərbaycan dünyanın rəsmi enerji bazarında, xüsusən də qaz ixracı məsələsində Rusiyanı əvəz etmək üçün addımlar atıblar.

Bu tədbirlər sırasında ötən ay MDB ölkələrinin dövlət başçıları ilə Almaniya kansleri arasında birgə görüşün keçirilməsini və ya Türkmənistandan Azərbaycana təbii qaz kəmərinin çəkilişi və Avropa bazarına ötürülməsini məsələsini qeyd etmək olar”.

Son xəbərlər
Digər xəbərlər