Bir dəfə üç qardaş xoşbəxtliyin bir quyuda oturduğunu görür.
Qardaşlardan biri quyuya yaxınlaşır və xoşbəxtlikdən pul istəyir. Xoşbəxtlik onun istədiyini verir və o sevincli bir şəkildə gedir.
İkinci qardaş isə xoşbəxtlikdən gözəl bir qadın istəyir. Onun istəyi də anındaca yerinə yetirilir və o da sevincdən dəli olmuş bir şəkildə gedir.
Və nəhayət üçüncü qardaş yaxınlaşaraq quyuya tərəf əyilir:
— Sənə nə lazımdı? – deyə xoşbəxtlik soruşur.
— Bəs sənə nə lazımdı? – üçüncü qardaş soruşur.
Bu anda xoşbəxtlik oğlandan onu quyudan çıxarmasını xahiş edir. Oğlan əlini uzadıb onu quyudan çıxardıqdan sonra arxasını dönərək çıxıb gedir. Xoşbəxtlik isə addım-addım onun ardınca getməyə başlayır.