14 C
Baku
Saturday, November 23, 2024

Üç şəxs birgə lizinq biznesindən 977 min dividend əldə ediblər

Üç şəxsə məxsus olan “Hermes Finance” ASC ötən il mənfəətlə işlədiyi illərdən səhmdarlarına da dividend ayırıb.

Banker.az xəbər verir ki, lizinq şirkəti 2021-ci ildə 457.25 min manat ayırdığı halda, 2022-ci ildə bu rəqəmi 976.8 min manata qaldırıb. 2020-ci ildə isə 2 mln. 10 min manat dividend almışdılar.

“Hermes Finance” 2018-ci ildə Rəvan Cəfərov tərəfindən təsis edilsə də, sonradan pay bölgüsü dəyişib.

Hazırda səhmdarlar belədir:

  • Səbinə Sadiq (50%),
  • Rəvan Cəfərov (41.46%)
  • Nuranə Mihrəliyeva-Rzayeva (8.54%)

Qeyd edək ki, şirkət 2022-ci ili 1 mln. 457 min manat xalis mənfəət əldə edib. 1 yanvar 2023-cü il tarixinə 764 min manat bölüşdürülməmiş mənfəəti olub.

 

Son xəbərlər
Digər xəbərlər