15 C
Baku
Saturday, May 18, 2024

Üçillik fasilədən sonra Riqa-Bakı aviareysi bərpa olunur

Latviyanın “airBaltic” aviaşirkəti üçillik fasilədən sonra Riqa-Bakı aviareysini bərpa edir.

Reyslər cari ilin may ayının 1-dən etibarən bərpa olunacaq. Riqa-Bakı-Riqa aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bir istiqamətə biletin minimal qiyməti 145 avro təşkil edir.

“Səyahət sənayesi bərpa olunduqca, biz yenidən sərnişinlərimizə daha çox səyahət variantları təklif edə bilirik. 2019-cu ildən bəri Bakıya uçmamışıq, ona görə də bu reysin bərpası olduqca sevindiricidir”, – “airBaltic”in baş icraçı direktoru Martin Qauss deyib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər