30 C
Baku
Tuesday, June 28, 2022

Uçot dərəcəsinin artırılması ehtimalının yüksək olması dolları bahalaşdırır

ABŞ-da açıqlanan müsbət statistik göstəricilər və Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimalının yüksək olması dolların avro və Yaponiya yeninə qarşı bahalaşmasına səbəb olub. Bu barədə “Wall Street Journal” yazır.

Dolların əsas valyutalara qarşı dinamikasını özünə əks etdirən “WSJ Dollar” indeksi 0,15% möhkəmlənib.

Bugünkü ticarət sessiyasının açılışında avro 1,0746 dollara enib. Belə ki, Avrozonanın vahid valyutasının məzənnəsi ötən sessiyanı 1,0764 dollarla başa vurub.

Bundan başqa, dollar 113,85 yendən 114,1 yenədək bahalaşa bilib.

Xatırladaq ki, ötən gün avro 21 aylıq minimum səviyyəyə, yəni 1,0506 dollara enib.

APA

Son xəbərlər
Oxşar xəbərlər