32 C
Baku
Wednesday, July 17, 2024

Uçot faiz dərəcəsi 35%-ə qaldırılsa da, Türk lirəsi dəyər itirməyi davam etdirir

BANKER.AZ — Türkiyə Mərkəzi Bankı (TCMB) cümə axşamı inflyasiyanın qarşısını almaq üçün bir həftəlik repo faizləri və ya uçot faiz dərəcəsini 30%-dən 35%-ə qaldırıb. Milli valyuta hələ ki, buna mənfi reaksiya verir.

Bu addım “Reuters” sorğuladığı iqtisadçıların konsesus gözləntilərinə uyğundur. Belə ki, sorğuda iştirak edənlər də uçot faiz dərəcəsini bu iclasda 35%-ə qədər qaldırılacağını ehtimal etmişdilər.

TCMB üçüncü rübdə qiymət artımlarının gözləniləndən daha güclü olduğunu və inflyasiya gözləntilərini təsdiqləmək və “qiymət davranışının pisləşməsinə nəzarət etmək” üçün monetar sərtləşdirməyə ehtiyac olduğunu vurğulayır.

Bu xəbərin ardından ABŞ dolları/Türk lirəsi cütlüyünün məzənnəsi 28.3807 səviyyəsinə qədər yüksəldi və sonradan bir qədər geri qayıdıb, lakin sessiya ərzində 0.2 faizə qədər ucuzlaşıb. Hazırda USD/TRY cütlüyü 28.167 səviyyəsindədir.

Vergi dəyişikliklərinin, əmək haqqı artımının və valyuta məzənnələrinin təsirinin “geniş şəkildə tamamlandığını” bildirir.

TCMB-nin son açıqlaması bunu deməyə əsas verir ki, inflyasiya proqnozunda əhəmiyyətli yaxşılaşma əldə olunana qədər pul sərtləşdirməsi davam edəcək və mərhələli şəkildə daha da gücləndiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş Uold-Strit bankiri Hafizə Gaye Erkanı iyunda TCMB sədri təyin edib.

O vaxtdan bəri uçot faiz dərəcəsi 8.5%-dən qaldırıldı və iqtisadçılar bunun daha da irəli getməsi lazım olduğunu iddia edirlər.

Türkiyə iqtisadiyyatı son illərdə bir neçə cəbhədə çətinliklə üzləşib. Mərkəz Bankı tərəfindən inflyasiyanın 2023-cü ilin sonuna qədər 60%-dən bir qədər çox olacağı proqnozlaşdırıldığı halda, türk lirəsi kəskin ucuzlaşaraq idxalı bahalaşdırıb.

Qeyd edək ki, lirənin məzənnəsi ilin əvvəlindən bu tərəfə 50% üzərində, son üç ildə isə 3.4 dəfə ucuzlaşıb.

Ekspertlər hesab edir ki, Türkiyə Mərkəzi Bankın bu il qalan iki iclasında daha iki 500 baza bəndi artımına işarə edir. Bu, inflyasiyaya uyğunlaşdırılmış real faiz dərəcələrinin gələn ilin sonuna qədər müsbət əraziyə daxil olmasına kömək edə bilər.

tvc 6673cb7f5275350b841c53e4bd326fa1

Son xəbərlər
Digər xəbərlər