23 C
Baku
Friday, April 19, 2024

UEFA Azərbaycan Premyer Liqasındakı klubların orta gəlirini açıqlayıb

Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə orta gəliri bəlli olub.

Bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. Azərbaycanda Premyer Liqasındakı klubların orta gəliri 3,4 milyon avrodur. Çempionat bu göstəriciyə görə Avropada 28-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası 272 milyon avro orta gəlirlə birinci, Almaniya Bundesliqası 175,3 milyon avro ilə ikinci, İspaniya La Liqası isə 157,3 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ermənistan Premyer Liqasında göstərilən dövrdə çıxış edən klubların orta gəliri cəmi 0,6 milyon avro olub.

©Report

Son xəbərlər
Digər xəbərlər