16 C
Baku
Thursday, May 2, 2024

Uğura aparan 6 yol

1903-cü ilin 17-dekabrında Wright qardaşları ilk mexaniki və adamlarla dolu uçuşu həyata keçirmək şərəfinə nail oldular. Bu müvəffəqiyyəti əldə edənə qədər onlar yüz dəfələrlə uğursuzluğa uğrasalar da, heç vaxt öz arzularından imtina etmədilər. Əgər onlar belə etməsəydilər, müasir təyyarələrin ixtirası başqa kiminsə adı ilə bağlı olacaqdır. 

 Orville (1871 – 1948) və Wilbur (1867 – 1912) qardaşları ABŞ aviasiyasının ilk pionerləridir. Onlar təyyarələr ilə həyata keçirilən ilk idarə olunan, yaxın və uzaq məsafəli mexaniki uçuşları hazırlamışlar, qeyd edə ki, bu təyyarələrin layihəsi və dizaynı da məhz onlar tərəfindən verilmişdir. Onlar 1905-ci ildə praktiki mexaniki təyyarəni hazırlayıb və uçuş keçirən ilk insanlar olmuşlar, həmçinin  1908-ci ildə sərnişin daşıyan təyyarə yaratmışlar.

 Bu nümunə insan dərrakəsinin sahib olduğu gücü göstərir. Wright qardaşlarının yaşadığı dövrdə hələ heç kəs adi təyyarə uçuşunu belə görməmişdi. Onlar çox asanlıqla belə nəticəyə gələ bilərdilər ki, hədəflərinin həyata keçirilməsi qeyri mümkündür və ya bu məqsədin əlçatmaz olduğu söyləmək də çox asan idi. Biz indi bilirik ki, sən demə bu heç də mümkünsüz deyilmiş. Wright qardaşları üçün inam ilk addım idi.

 Bizim beynimizin  qeyri adi qabiliyyətləri həddindən çoxdur. Bu sıra da həmçinin inandırmaq qabiliyyəti də vardır. Yəni hərdən beyin bir şeyin edilməsinə özümüzü sərf etməmişdən əvvəl, əlimizdən bütün gələnləri etməmiş bizi inandırır ki, bunun edilməsi mümkün deyil. Əgər biz diqqətli olmasaq, özümüz bilmədən əqli məğlubiyyət formalaşdıra bilərik ki, o da bizə tez-tez təkrar edər ki, “Mən bunu edə bilmərəm. Mən heç vaxt bunu edə bilməyəcəm. Bu mümkün deyil”. Bu cür düşüncələrin özlərinə hakim kəsilməsinə icazə verənlər əmin olsunlar ki, uduzacaqlar. Çünki onlar uğura can atmağı dayandırmışlar. Sən necə əmin ola bilərsən ki, sənin beynin arzularının apardığı yola getmək istəmir?

 Öz limitlərini tanı

 Maneələr və limitlər arasında fərq mövcuddur. Çünki maneələri dəf etmək olar, limitləri isə keçmək mümkün deyil. Məsələn, kor insan maşın sürə bilməz. Gerçək limitlər azdır –maneələr isə çoxdur. Öz limitlərini tanımaq sizə əlçatmaz və ya məyusluq ilə nəticələnəcək arzular uğrunda çarpışmaqdan və əziyyət çəkməkdən xilas edəcək.  Çətini limitləri seçə bilməkdir, elə ki bunu etdiniz, qalan hər şey artıq mümkünlüyə çevrilir.

 Planın olsun

 Əqli maneələrə qarşı mübarizədə yaxşı plan sizin gizli silahınıza çevrilə bilər. Sizin planınız olduqda və siz onu həyata keçirməyə qət etdikdə, həmin vaxtda sizin nə hiss etdiyiniz artıq önəm kəsb etmir, çünki siz həmin vaxt yalnız plana sadiq qala bilərsiniz. Əksinə, əgər siz neqativ emosiyalar ilə dolmuşsunuz və nə etməli olduğunuzu dəqiq bilmirsinizsə, onda təskinlik tapmaq daha asan olur.

 Məqsədlərini gerçək

 Öz hədəfləriniz haqqında uzun müddət ərzində elə düşünün ki, sanki siz onları beyninizin gözləri ilə görə, toxuna, dadına baxa, qoxulaya bilərsiniz, onda onlardan asanlıqla vaz keçmək mümkün olmayacaq. Onları əldə etmək istəyi sizə hətta ən qorxulu maneələri aşmağa belə güc tapmağa kömək edəcək. Siz həyatda müvəffəqiyyəti əldə etməmiş, beyninizdə onu əldə etməli və uğurun dadını dadmalısınız. Bunu etmək, sizi arzunuza aparan yolda qarşınıza çıxa biləcək istənilən müvəqqəti çətinliklərə və əzaba tab gətirməyə sizi inandıracaq.

 Digər insanların şübhələrinə məhəl qoymayın.

 21 yaşım olanda, saatda səkkiz dollarlıq bir vəzifə üçün intervüdə mən iş görüşməsini aparan şəxsə söylədim ki, bir neçə il ərzində bir milyon qazanacağımı və 35 yaşıma qədər artıq istefaya çıxacağımı gözləyirəm. “Bu, bir az ağlabatan görünmür” o istehzalı təbəssümlə dedi. Bu bəlkə də onun üçün ağlabatan olmaya bilərdi, lakin onun maneələr gördüyü yerdə, mən yeni imkanlar və şanslar görürdüm. Mən bilirdim ki, maneələr orda olmaqda davam edir, sadəcə mən onlara məhəl qoymamağı üstün tutdum.

 Nikbinliyə qucaq açın

 Sizi aşağı salan yerlərdən, insanlardan və əşyalardan uzaq dayanın. Özünüzü mümkün olduğu qədər  qurucu, inkişaf etdirici  fəaliyyət ilə əhatə etməyə çalışın. Pozitiv mütaliə materialı və pozitiv dostlar seçməyə çalışın. Optimistlərin proqnozlarını dinləyin, pessimistlərin tənqidlərini isə qulaq ardına verin.

 Qorxunu başa düşün

 Qorxu xəyali, abstrakt maneələr yaradır. Qorxu bizi özümüzü insanlara təqdim etməkdən, insanların sırasına daxil olmaqdan (yəni rədd edilmək qorxusu), gəlirli biznes risklərinə getməkdən (uğursuzluq qorxusu) və gözəl şeyləri təcrübədən keçirməkdən (naməlumluqdan qorxu) çəkindirə bilər. Belə qorxulara üstün gəlməyin yolları vardır:

1.    Onları özündə aşkar etmək.
2.    Onların kökünü tapmaq
3.    Onlar ilə mübarizə aparmaq planı hazırlamaq

 Növbəti dəfə bir ideyanız olduqda və onu həyata keçirməyə tərəddüd etdikdə, sizi geri çəkən qüvvənin qorxu olub-olmadığı haqqında düşünün.

Müvəffəqiyyət və uğursuzluq öz mövcudluğun beyninin gücündə davam etdirir. Öz düşüncələrinizi nəzarət altına götürün və öz müvəffəqiyyətinizi idarə edəcəksiniz.
Robert Sofia dövlət səviyyəsində tanınmış, mükafatla təltif olunmuş ictimai natiq və praktik menecment üzrə zəka lideridir.  O Fortune 500® kompaniyaları, yüzlərlə ümummilli  fərdi maliyyə məsləhətçiləri üçün marketinq strategiyaları işləyib hazırlamışdır. Həmçinin o, Platinum Advisor Marketing Strategies şirkətinin baş əməliyyat direktoru və həm-təsisçisidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər