7 C
Baku
Thursday, December 12, 2024

Uğurlu yatırım tarixçələri

Bukmeker kontorları daim insanları gözlənilmədən varlanmaq imkanları ilə cəlb edirlər: “Etmək lazım olan yeganə şey isə uğurlu yatırım etməkdir”. Düzdür bukmekerlərin bu işdə yatırım edənlərdən bir addım öndə olmaqlarına baxmayaraq, nəhəng uduş halları da istisna deyil.

Ginnesin rekordlar kitabında ingilis qadın Ketrin Asvortun uğuru qeydə alınmışdır. Uğur ona 1929-cu ildə nəsib olur: O at yarışına 10 sent yatırır, qaçışlarda qalib gələn bütün atları düzgün təxmin edir və 341 funt sterlinq, yəni yatırdığı məbləğdən 3410 dəfə çox pul əldə edir.

1984-cü ildə isə qumar oyunları həvəskarı olan ingilis Edvard Hodson at yarışına 55 pens yatırır. Bu zaman onun qalib gəlmək şansı  3 956 748-in 1-ə idi. Heç kimin gözləmədiyi bir anda məhz onun atı qalib gəlir. Uduş isə 2 milyon funtdan çox idi. Lakin Hodsona milyonçu olmaq nəsib olmur. Belə ki, onun qalib gəldiyi kontorda uduş məbləğinə limit var idi və bu məbləğ 3 000 funt idi. Bəzən xırda həriflə yazılanları oxumaqda fayda var.

Yunanıstan vətəndaşlarından biri öz yığma komandasına fanatik bağlılığı nəticəsində böyük sərvət əldə edir. 2004-cü ildə Avropa çempionatının əvvəlində yunan komandasının turnirdə qələbəsinə 7 330 dollar yatırır. Yığma komandanın dörddə bir finala çıxmasından sonra yenə 14 600 dollar yatırım edir. Yunanıstanın çempionatda qalib gəlməsi futbol azarkeşinə 607 min dollar qazandırır.

2002-ci ildə Solt-Leyk Sitidə Olimpiya oyunları zamanı bir şəxs Belorusiyanın qələbəsinə 35 Abş dolları yatırır. Bukmekerlər Belorusiyanın qələbəsini lazımınca qiymətləndirməmiş və yatırımları 30-un 1-ə olaraq qəbul edirdilər. Lakin möcüzələr baş verir və azarkeşin qazandığı uduş məbləği 1050 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər