-3 C
Baku
Sunday, December 15, 2024

Uill Smitdən həyatın qaydaları

  1. Realist olmayın

“Realizmin mahiyyəti nədən ibarətdir? Edison realist deyildi…”.

Möhtəşəm olan hər şey realistlər tərəfindən yaradılmamışdır. Əgər dünyada yalnız realistlər olsaydı, bir hələ də mağaralarda yaşayırdıq. Nə nəqliyyat, nə rabitə, nə də innovasiyalar olmazdı. Realist olmayın, qarşınıza böyük hədəflər qoyun. Siz düşündüyünüzdən daha çox şeyə qadirsiniz.

  1. Məqsədyönlü olun

“B” planı diqqəti “A” planından yayındırır. Çalışın bütün diqqətinizi məqsədlərinizə yönəldəsiniz, qalan hər şeyi isə istisna edəsiniz. Əks halda, uğur qazanmaq şansınızı qaçırmış olursunuz. Əgər konsentrasiyanız güclüdürsə və səylərinizi əsas məqsədə yönəldirsinizsə, mütləq uğur qazanacaqsınız. Məqsədyönlü olmaq vacibdir.

  1. Böyük (möhtəşəm) insan olmağa çalışın

“Mən möhtəşəm insanlara oxşamağa çalışıram”. Möhtəşəm olmaq üçün əlinizdən gələni etməlisiniz, siz çox sayda insana kömək etməlisiniz. Əgər misli görünməmiş böyüklük əldə edə bilirsinizsə, niyə hamı kimi olasınız?

  1. Ağlınızın daxilinə baxın

“Mən həmişə özümü Hollivud ulduzu kimi təsəvvür etmişəm. Sadəcə bunu bilmirdim”.

Əgər bunu görə bilmirinizsə, reallıqda heç vaxt ola bilməcəksiniz. Siz nail olmaq istədiyiniz şeyləri öncə ağlınızda təsəvvür etməlisiniz və uğurunuzdan əmin olmalısınız: yeni evinizdə yaşamalı, yeni avtomobili idarə etməli və xəyal etdiyiniz həyat yoldaşınızı görməlisiniz.

  1. İnanın

“Əgər bu, həyatımı həsr edə biləcəyim bir şey olsaydı, düşünürəm ki, ABŞ-ın prezidenti olmağıma heç nə mane olmazdı”.

Qabiliyyətinizə inanmalısınız, əks halda uğurlu ola bilməyəcəksiniz. Əgər prezident olmağa layiq olmadığınızı düşünürsünüzsə, heç vaxt bu vəzifəyə yiyələnə bilməyəcəksiniz. Və bu, istənilən nailiyyətlərə aiddir.

  1. Özünüzə sual verin: “Niyə yox?”

“Hər birimiz cahiliik, sadəcə müxtəlif bilik sahələrində”.

Əksər insanlar digərlərin qabiliyyətini olduğundan daha yüksək qiymətləndirir. Özünüzü əhəmiyyətsiz insan hesab etməyin və soruşun: “Niyə mən yox? Niyə indi yox?”. Sizcə, kimsə sizdən üstün və layiqli ola bilərmi? Əlbəttə ki, həyatımızın müəyyən sahələrində biz hamımız cahilik, ancaq dahi ola biləcəyimiz sahələr də var.

  1. Nə olursa olsun, irəli gedin

“Həyat boyu insanlar sizi dəli edəcək, sizə qarşı hörmətsizlik göstərəcəklər və sizinlə pis rəfdar edəcəklər. Qoy onları Allah mühakimə etsin, çünki ürəyinizdəki nifrət sizi “içdən” yeyəcək”.

Həmişə insanı bağışlayaraq, irəliləməyə hazır olun. Sizi tənqid edən insanların sevgiyə ehtiyacı olduğunu başa düşün. Nifrət nifrət doğurur, sevgi isə sevgi.

Deməli, realist və məqsədyönlü olmağa çalışın, böyük insan olmağı hədəfləyin, özünüzə inanın və nifrətin sizi “udmasına” imkan verməyin.

Son xəbərlər
Digər xəbərlər