19 C
Baku
Tuesday, April 16, 2024

Ukrayna ABŞ-ı Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Ukraynanın Vaşinqtondakı səfiri, keçmiş maliyyə naziri Oksana Markarova Rusiyadakı bütün özəl banklara qarşı sanksiyaların tətbiqi ilə bağlı ABŞ Maliyyə Nazirliyinə sorğu göndərib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, səfir sanksiyaların silahlar kimi vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kiyev Vaşinqtonun hər həftə bir neçə Rusiya bankını qara siyahıya salmasını istəyir.

Diplomat vurğulayıb ki, bununla Ukrayna Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyat keçirmək üçün maliyyə imkanlarını azaltmağa çalışır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər