Ukraynanın Korrupsiya ilə mübarizə üzrə Milli Agentliyi (NAPC) “beynəlxalq müharibənin sponsorları” siyahısına yeni bir şirkət əlavə edib. Bu, odadavamlı materialların istehsalçısı olan “Allied Mineral Products” şirkətidir.
Bu barədə agentliyin Telegram kanalında məlumat verilib.
Şirkət Rusiyada fəaliyyətini davam etdirir, orada istehsal müəssisələrini saxlayır və büdcəyə yüz minlərlə dollar vergi ödəyir”, – deyə kanalın məlumatında bildirilir.