Ukrayna və Almaniya sualtı qayıqların tədarükü məsələsini müzakirə ediblər.
Bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Almaniyanın müdafiə naziri ilə telefon söhbətindən sonra deyib.
“Almaniyadan sualtı qayıqlar almağı istisna etmirəm. Çünki biz bütün Avropanın şərq müdafiə sərhədi olmağa hazırıq”, – o söyləyib.
Qeyd olunub ki, sualtı qayıqlar kəşfiyyat, xüsusi təyinatlı desant qrupunun qarşısının alınması üçün istifadə edilə bilər.