“Ukrayna artıq özünü Avropa İttifaqının bir hissəsi hesab edir”.
Banker.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq parlamentinə videomüraciətində deyib.
O, müraciətində Ukraynanın artıq Aİ-nin de-fakto üzvü olduğunu söyləyib: “Düşünürəmki, Ukrayna artıq öz hərəkətləri ilə Avropa meyarlarına uyğun olduğunu göstərir”.
Zelenski, həmçinin Rusiya Prezidenti Vladimir Putindən danışaraq bildirib: “Bu şəxsin Avropa dəyərlərini məhv etməsinə son qoyaq. Əgər biz birlikdə bu insanı dayandıra bilməsək, bu, artıq İkinci Dünya müharibəsində yaşadığımız qaranlıq saatlardır”.