12 C
Baku
Sunday, October 27, 2024

Ukrayna Baş nazirinin müavini: “Əsir mübadiləsi çərçivəsində 45 ukraynalı azad edilib”

Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi aparılıb.

Bu barədə Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.

“Növbəti əsir mübadiləsi baş tutub. Bu gün 45 nəfər Rusiya əsirliyindən azad edilib. Onların 13-ü zabit, 20-si əsgərdir (onlardan 5-i yaralıdır). Həmçinin 12 mülki vətəndaşımızı qaytarırıq”, – İ.Vereşuk teleqram kanalında yazıb.

 

 

Son xəbərlər
Digər xəbərlər