“Belarusun Ukraynaya qarşı müharibəyə qoşulmaq cəhdi onun üçün intihar olardı”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
O bildirib ki, Belarusun guya hücuma hazırlaşdığı barədə məlumatlar xüsusi olaraq yayılır: “Belə saxtakarlıqlar Rusiya üçün sərfəlidir. Beləliklə, təcavüzkar ölkə ukraynalıları qorxutmağa çalışır”.
A.Yusovun sözlərinə görə, Rusiya informasiya və psixoloji müharibənin elementlərindən istifadə edir: “Biz demirik ki, Belarus ərazisindən təhlükə yoxdur. Var. Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə silah-sursat və zirehli texnika ilə kömək edir. Amma yaxın vaxtlarda Belarusun birbaşa quru əməliyyatlarına qoşulması mümkün deyil”.