9 C
Baku
Tuesday, December 3, 2024

Ukrayna BMT-də “sülh sammiti” keçirməyi planlaşdırır

Kiyev fevralın sonuna qədər BMT-də “sülh sammiti” keçirmək niyyətindədir.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

Nazir BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirdə iştirak edəcəyinə ümid etdiyini bildirib.

“İstənilən müharibə diplomatiya yolu ilə başa çatır”, – deyə Kuleba vurğulayıb.

O, belə sammitin keçirilməsində BMT-nin neytral təşkilat olduğuna diqqət çəkib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər