9 C
Baku
Sunday, November 17, 2024

Ukrayna BMT-dən təcili məsləhətləşmələrin keçirilməsini tələb edib

Kiyev Ukraynanın təhlükəsizliyi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə rəsmi olaraq BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində bildirib.

“Prezidentin adından Budapeşt Memorandumunun 6-cı maddəsi əsasında BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə gərginliyin azaldılması üçün təxirəsalınmaz tədbirlərlə bağlı təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə rəsmi sorğu göndərilib”, – deyə Kuleba qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər