28 C
Baku
Saturday, July 13, 2024

Ukrayna BMT-yə taxıl ixracı üçün yeni marşrut təklif etdi

Rusiya Qara dəniz təşəbbüsündən geri çəkildikdən sonra Ukrayna taxılın təhlükəsiz ixracı üçün yeni müvəqqəti gəmiçilik marşrutu üzərində işə başlayacaq.

Bu barədə “Reuters” Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazirinin birinci müavini Vasili Şkurakovun BMT-nin Beynəlxalq Dəniz Təşkilatına (IMO) məktubuna istinadən yazır .

Sənəddə deyildiyi kimi, Ukrayna hakimiyyəti “müvəqqəti olaraq tövsiyə olunan dəniz marşrutu yaratmaq” qərarına gəlib. Onun məqsədi “Qara dənizin şimal-qərbində beynəlxalq gəmiçiliyin qarşısını almaqdır”, – Şkurakov bildirib.

Məktubda deyilir ki, yeni marşrut Rumıniyanın ərazi sularına və eksklüziv dəniz iqtisadi zonasına aparacaq .

Bundan əvvəl Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar bildirmişdi ki, Ukrayna hakimiyyəti Bolqarıstan və Rumıniyanın ərazi suları vasitəsilə taxıl daşınması üçün yeni marşrutdan istifadə imkanını nəzərdən keçirir . Bu, BMT və Türkiyə ilə üçtərəfli taxıl təşəbbüsüdür .

Qeyd edək ki, 17 iyul 2023-cü ildə taxıl müqaviləsinə xitam verilib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sazişə yalnız onunla bağlı olan hissə yerinə yetirildiyi təqdirdə qayıda bilər.

Son xəbərlər
Digər xəbərlər