Ukrayna Gürcüstana aviareysləri bərpa edir

Ukrayna ilə Gürcüstan arasında uçuşlar iyulun 1-də bərpa ediləcək.

Bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, Ukraynanın SkyUp aviaşirkəti iyulun 1-də Gürcüstan və Albaniyaya, iyulun 15-də isə digər ölkələrə uçuşları bərpa etməyi planlaşdırır.

Məlumatda qeyd olunub ki, uçuşların bərpa edilməsi bütün səyahət qadağalarının götürülməsi anlamına gəlmir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər