19 C
Baku
Sunday, May 5, 2024

Ukrayna hərbçiləri Rusiyaya məxsus texnikanın olduğu körpünü partlatdılar – FOTO

Ukraynanın Xarkov vilayətində ukraynalı hərbçilər düşmən texnikasını məhv ediblər.

İzyum şəhərinə istiqamətlənən Rusiya texnikasının olduğu körpü partladılıb. Zirehli “Tiger”, KAMAZ və üç “Ural” avtomobilləri məhv olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:

“Bu, düşmən texnikasının yolu boyunca körpü idi. Körpü müəyyən plana uyğun olaraq Rusiya texnikası ilə birlikdə partladılıb, düşmənin bütün kolonu məhv edilib”.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər