9 C
Baku
Friday, December 13, 2024

Ukrayna hidrogenlə çalışan avtomobillər istehsal edəcək

Ukraynanın İnfrastruktur Nazirliyi ölkədə hidrogenlə çalışan avtomobillərin istehsalına şərait yaradacaq qanun layihəsinin hazırlandığını bildirib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda Ukraynada hidrogen nəqliyyatına tələbat yoxdur.

Lakin yaxın gələcəkdə vəziyyətin müsbətə doğru dəyişməsi gözlənilir.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, sıxılmış hidrogenlə çalışan avtomobillər elektromobillərə bərabər tutulur. Sonuncuların ölkəyə gətirilməsi isə bütün vergi və rüsumlardan azad olunub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər