6 C
Baku
Sunday, December 15, 2024

Ukrayna iki doza vaksin vurduranlara pul veriləcək

Ukraynada koronavirusa qarşı iki doza vaksinasiyası olan vətəndaşlara 1000 qrivna (64,70 AZN) veriləcək.

Bu barədə ölkə Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

Prezidentin sözlərinə görə, hər iki peyvəndi vurduran vətəndaşlar “Diya” tətbiqi vasitəsilə min qrivna əldə edə biləcəklər:

“Bu pula idman zalı və ya fitnes klubu üzvlüyü ala bilərsiniz. Kino, teatr, muzey, konsert salonu, sərgi mərkəzinə baş çəkin və ya daxili səyahətlər üçün bilet alın”.

Prezident əlavə edib ki, proqram dekabrın 19-da başlayacaq, bunun üçün təxminən 3 milyard qrivna ayrılacaq. Eyni məbləğ 2022-ci ilin əvvəlində də ayrılacaq. Zelenskinin sözlərinə görə, proqram bir neçə ay davam edəcək və “Diya” tətbiqi olmayanlar da pul ala biləcəklər. Proqramın məqsədi iqtisadiyyatın yaradıcılıq, idman və nəqliyyat sektorlarını dəstəkləməkdir.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər