28 C
Baku
Thursday, July 25, 2024

Ukrayna lideri: “Bir addım da geri çəkilməyəcəyik”

“Biz bir addım da geri çəkilməyəcəyik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“İndi müharibənin yeni mərhələsi başlayıb. Bəzi ərazilərdə dayanıb texnikanın gəlməsini gözləyirik ki, irəli gedək. Ona görə də geri çəkilməyəcəyik. Müharibəni dayandırmaq üçün əvvəlcə bəzi addımları atmaq laızmdır. Ondan sonra isə diplomatiya gündəmə gələcək. Biz Rusiyanın irəliləyişinə mane olduq. İkinci mərhələ isə Rusiya ordusunu ölkəmizdən çıxarmaqdır”, – o söyləyib.

Dövlət başçısı vurğulayıb ki, üçüncü mərhələ ərazi bütövlüyünün bərpası olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər