İstanbuldakı Koordinasiya Mərkəzi Ukrayna limanlarından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.
Bu barədə Koordinasiya Mərkəzi məlumat yayıb.
Yujnıy limanından çıxacaq gəmi 60.15 min ton qarğıdalını İranın Bəndər-Xomeyni limanına çatdırmalıdır. Çernomorsk limanından çıxacaq gəmi isə Türkiyənin Təkirdağ limanına 3000 ton taxıl aparacaq.