23 C
Baku
Friday, April 19, 2024

Ukrayna Luqansk vilayətinin bəzi məntəqələrini azad edib 

Luqanskın azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib.

Bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Telegram paylaşımında qeyd edib.

“Beləliklə, artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb. Bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib və Ukrayna Silahlı Qüvvələri həmin yerlərdə Ukrayna bayrağı qaldırırlar”, – Hayday bildirib.

O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bəyan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər