14 C
Baku
Saturday, November 23, 2024

Ukrayna Mərkəzi Bankı rus rublu ilə əməliyyatlara qadağa qoydu

Ukrayna Mərkəzi Bankı Rusiya və Belarus rublu ilə olan bütün əməliyyatlara qadağa qoyub.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Səlahiyyətli qurumlara Rusiya və Belarus rublundan istifadə etməklə hər hansı valyuta əməliyyatı aparmaq qadağandır”, – tənzimləyicinin bəyanatında deyilir.

Qeyd edək ki, Ukrayna Mərkəzi Bankı həmçinin yerli banklara Rusiya və ya Belarusda yerləşən fiziki və ya hüquqi şəxslərlə hər hansı hesablaşmaları qadağan edib.

Son xəbərlər
Digər xəbərlər