-3 C
Baku
Sunday, December 15, 2024

Ukrayna MDB-nin bütün qanunverici orqanlarındakı nümayəndəliklərini bağlayıb

Bu ilin avqustunda Ukraynanın MDB-nin nizamnamə orqanlarındakı nümayəndəlikləri bağlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev bildirib.

“Təəssüflə qeyd edirik ki, avqust ayında Ukraynanın Birliyin bütün nizamnamə orqanlarındakı nümayəndəlikləri bağlanıb. Amma Ukraynayla əlaqə hələ də saxlanılır. Onu Minskdə Ukraynanın Belarusdakı səfirliyi vasitəsi ilə həyata keçiririk”, – S.Lebedev deyib.

O həmçinin qeyd edib ki, İcraiyyə Komitəsi ilə əlaqə üçün səfirliyə xüsusi işçi təyin olunub.

Son xəbərlər
Digər xəbərlər