Ukrayna Milli Bankı uçot faiz dərəcəsini 25.00%-də sabit saxlayıb.
Bu barədə Banker.az Bankın rəsmi səhifəsində qeyd edilir.
Qeyd edək ki, Ukrayna Milli Bankı uçot faiz dərəcəsini 2022-ci ilin aprelindən 15 faiz bəndi artırmaqla 10%-dən 25%-ə qaldırıb.
2020-ci ilin ortalarında isə iqtisadi artıma stimul əlaməti olaraq uçot faiz dərcəsini yumşaltmaqla 6.0%-ə qədər endirmişdi.
UMB-nin xarici valyuta ehtiyatları son açıqlamada 27 milyard 951 milyon dollar təşkil edirdi.