13 C
Baku
Friday, April 26, 2024

Ukrayna müdafiə naziri Kiyevdəki partlayışlara münasibət bildirib

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkənin paytaxtı Kiyev şəhərində baş vermiş partlayışlara münasibət bildirib.

O, tviterdə yazıb ki, bu, Ukrayna xalqının cəsarətinə mane olmayacaq.

“Həmçinin müttəfiqlərimizn qətiyyəti də sarsılmayacaq. Qarşı tərəf ancaq öz ölkəsinin gələcəyini sarsıdır”, – müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt Kiyevdə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərində ard-arda partlayışlar baş verib. Rusiyanın həmin ərazilərə raket atdığı bildirilir. Məlumata görə, raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər