8 C
Baku
Friday, December 13, 2024

Ukrayna ordusu İran istehsalı kamikadze dronu zərərsizləşdirib

Rusiya Ukraynanın Odessa şəhərinə kamikadze dronlarından istifadə etməklə zərbələr endirib.

Bu barədə məlumatı Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı yayıb.

Bildirilib ki, kamikadze dronları şəhərə Qara dənizdən buraxılıb.

Qeyd olunub ki, zərbə nəticəsində 1 nəfər həlak olub, bundan başqa iki dron liman ərazisindəki inzibati binaya çırpılaraq yanğın törədib.

Məlumatda qeyd olunub ki, Ukrayna HHM qüvvələri bir ədəd İran istehsalı “Şahed-136” kamikadze dronunu dəniz üzərində vuraraq zərərsizləşdirib.

Kiyevin məlumatına görə, sözügedən dronları İrandan əldə edən Rusiya onu “Geran-2” adlandıraraq Ukraynadakı müharibədə istifadə edir.

 

 

Son xəbərlər
Digər xəbərlər