Bu gün Ukrayna Silahlı Qüvvələrində 38 000 nəfərdən çox qadın xidmət edir, onlardan 5 000-dən çoxu hazırda cəbhə xəttindədir.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“38 min qadın hərbçi ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrində həm də mülki qadınlarımız çalışır. Ona görə də ümumilikdə Ukrayna Silahlı Qüvvələrində 50 mindən çox qadınımız var. Bu gün ön cəbhədə 5 mindən çox qadınımız var”, – Malyar deyib.