5 C
Baku
Saturday, December 14, 2024

“Ukrayna ordusunun saxlanması büdcəyə ildə $55 mlrd.-a başa gəlir”

Ukrayna Silahlı Qüvvələrinin saxlanması dövlət büdcəsinə ildə təxminən 55 milyard dollara başa gəlir.

Bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Ukrayna hökumət başçısı qeyd edib ki, bu, ölkənin imkanlarını xeyli üstələyir:

“Ordunun saxlanılması Ukraynaya təxminən 2 trilyon qrivenə başa gəlir. Bu, sülh dövründə Ukrayna büdcəsinin gəlir hissəsindən çoxdur”, – Şmıqal bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynanın dövlət büdcəsi Qərb tərəfdaşlarının maliyyə yardımı, qrantlar və kreditlər hesabına dəstəklənir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər