Ukrayna Ali Radası ölkənin hərbi xərclərinin əlavə 10.5 milyard dollar artırılmasını dəstəkləyib.
Bu haqda Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.
O həmçinin qeyd edib ki, müvafiq qanun layihəsini Ali Radanın 318 üzvü dəstəkləyib.
Dövlət büdcəsindən hərbi xərclər üçün artırılması nəzərdə tutulan 387 milyard Ukrayna qrivnası (10.5 milyard dollar) əlavə məbləğ müxtəlif qurumlar arasında bölünəcək.