13 C
Baku
Wednesday, May 22, 2024

Ukrayna Prezidenti Almaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.

Bu barədə dövlət başçısı tviterdə bildirib.

“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, – deyə o, sosial şəbəkədə belə şərh edib.

Qeyd edək ki, Ukrayna Prezidentinin səfərinin etibarlı proqramı hələlik bəlli olmasa da, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir.

Bundan sonra o, böyük ehtimalla Almaniyanın Aaxen şəhərinə gedəcək. Dekabr ayında Zelenskiyə və Ukrayna xalqına verilən Avropada xidmətlərinə görə Böyük Karl mükafatının təqdimatı olacaq.

Xatırladaq ki, bu, Ukrayna Prezidentinin müharibə başlayandan sonra Almaniyaya ilk səfəridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər