6 C
Baku
Monday, December 16, 2024

Ukrayna Prezidenti deputat toxunulmazlığının ləvği ilə bağlı qanunu imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski deputat toxunulmazlığının ləvği ilə bağlı qanunu imzalayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Ukrayna Konstitusiyasının 80-ci maddəsinə (Ukrayna xalq deputatlarının toxunulmazlığı ilə əlaqədar) dəyişikliklər edən 7203 nömrəli qanun layihəsi Ali Radada təsdiqlənib.

Qanun layihəsinin təsdiqlənməsi üçün minimum 300 səs tələb olunsa da, parlamentin iclasında 373 deputat layihənin lehinə səs verib.

Yeni düzəliş Ukrayna Konstitusiyasının 80-ci maddəsindən millət vəkillərinin toxunulmazlığı, habelə deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna və həbs oluna bilməyəcəyinə zəmanət verən bəndin çıxarılmasını nəzərdə tuturdu.

Son xəbərlər
Digər xəbərlər