Ukrayna prezidenti Vladimir Zelenski yaxın iki gün ərzində Azərbaycana rəsmi səfər etməyi planlaşdırır, burada hər iki dövlətin prioritet sahələrdə ikitərəfli əməkdaşlığına dair bir sıra sənədlər imzalamaq niyyətindədir. Bu barədə Ukrayna prezidentinin ofisi məlumat verir.
“16-17 dekabr tarixlərində Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Ukrayna ilə Azərbaycan Respublikası arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşməsinə yönələn bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur”, – məlumatda deyilir.
Səfər zamanı Zelenski Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla görüşəcək.
Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumun işində iştirak edəcəklər.
O cümlədən, Zelenski Bakıda Azərbaycanın Ukrayna icmasının nümayəndələri iıə görüşəcək.
©İnterfaks-Azərbaycan