9 C
Baku
Friday, December 13, 2024

Ukrayna prezidentinin ofisi ilk dəfə olaraq ölən hərbçilərin sayını açıqlayıb

Rusiya Federasiyasının xüsusi əməliyyatı başlayandan bəri ilk dəfə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin itkilərinin sayını açıqlayıb.

Bu barədə cümə günü Ukraynanın Aleksey Arestoviç TSN agentliyinə müsahibəsində bildirib.

“Münaqişənin əvvəlində bizdə gündə orta hesabla 100 əsgər ölürdü”,- deyə Arestoviç bildirib.

Feyqinin hesablamalarına əsasən, Ukrayna ordusunun 10 minə qədər əsgər itirdiyini söyləmək olarmı sualına Arestoviç belə cavab verib:

“Bəli, haradasa belə”.

Bu arada o, Ukraynaya silah ötürməkdə çox ləng davranan Qərb müttəfiqlərini tənqid edib.

Bir gün əvvəl prezident aparatının rəhbərinin digər müşaviri Mixail Podolyak demişdi ki, Ukraynanın gündəlik itkiləri 100-200 döyüşçüdür.

Həmçinin cümə axşamı Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, müharibəsə gün ərzində100-ə qədər hərbçi həlak olur, 500-ə qədər hərbçi yaralanır.

 

 

Son xəbərlər
Digər xəbərlər