Ukrayna Rusiyaya 3 milyard avro məbləğində borcu ödəməli deyil.
Bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.
“Biz müəyyən müddət üçün müdafiə olunduq, lakin düşünürəm ki, həqiqət məhkəmədə qalib gələcək”, – deyə o vurğulayıb.
Poroşenko bildirib ki, 2013-cü ilin dekabrında sabiq prezident Viktor Yanukoviç bu pulu yük maşınları ilə ölkə ərazisindən çıxarıb. Bu üzdən o hesab edir ki, həmin pulu Ukraynadan tələb etmək ədalətsizdir.
©️ Oxu.az