16 C
Baku
Sunday, May 19, 2024

Ukrayna “Sirko” adlı yeni PUA-ların istehsalına başlayıb

Ukrayna “Sirko” adlı PUA-ların seriya istehsalına başlayıb.

Bu barədə Ukraynanın “Skyassist” Elmi-istehsalat şirkəti” Müşahidə Şurasının sədri İqor Kriniçko “Ukrinform”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Sirko” adlı PUA-nı Ukraynanın Xarkov şəhərinin mühəndisləri hazırlayıb.

Sədr bildirib ki, bu dron düşmənin 65 km-likdə yerləşən mövqeyini tapıb geri qayıda bilir. Eyni zamanda 25 km məsafədən videonu ötürmək qabiliyyəti var.

İ.Kriniçko qeyd edib ki, ayda 800-1000 kompleks PUA istehsal edə bilərlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər